Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

26 Dekabr 2015 - №48

 

Sungşin Qadınlar Universitetinin nümayəndə heyəti BSU-da olub

 

Böyütmək üçün seçin Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Koreya Respublikasının Sungşin Qadınlar Universitetinin rektoru Hva-jin Shimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BSU-dan bildirilib ki, A.Hacıyev universitetin tarixi, fəaliyyəti, xarici universitetlərlə əlaqələri barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, BSU-da koreyalı tələbələr təhsil alır. Onlar qafqazşünaslığı, o cümlədən azərbaycanşünaslığı öyrənməyə böyük maraq göstərirlər. Rektor BSU-da fəaliyyət göstərən multikulturalizm kafedrası, universitetin həyata keçirdiyi mühüm layihələr, beynəlxalq konfranslar, habelə BSU-nun Şərqi Avropa, slavyan ölkələri ilə sıx əməkdaşlığından söz açıb.

Sungşin Qadınlar Universitetinin rektoru Hva-jin Shim rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirilib ki, Sungşin Universiteti böyük tələbə kontingentinə malikdir. BSU-nun fəaliyyətini yüksək qiymətləndirən qonaq bu ali təhsil müəssisəsi ilə gələcəkdə əməkdaşlıq etməyə maraqlı olduqlarını vurğulayıb.

Sonra Sungşin Qadınlar Universiteti barədə videomaterial təqdim olunub.

Görüş çərçivəsində nümayəndə heyəti BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri ilə də tanış olublar. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov