Rayon təhsil şöbəsindən redaksiyamıza daxil olan
məlumata görə, şəhər 6 nömrəli tam orta məktəbdə Cəmşid
Naxçıvanskinin 120 illik yubiley tədbiri keçirilib.
Tədbirdə rayon təhsil şöbəsinin əməkdaşları, hərbi
hissənin zabitləri, ümumtəhsil məktəblərinin
direktorları, hərbi rəhbərlər, müəllim və şagirdlər
iştirak ediblər.
Öncə məktəbin foyesində Cəmşid Naxçıvanskinin 120 illik
yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə
müxtəlif dövrlərə aid fotoşəkillər, portretlər, onun
hərb sənəti sahəsində işləyib hazırladığı sənədlər,
yazdığı məqalələr, təltif olunduğu orden və medalların
şəkilləri, yubiley münasibətilə buraxılmış poçt markası,
istedadlı hərbi xadimin döyüş yoluna həsr olunmuş
kitablar, qəzet və jurnal materialları nümayiş etdirilib.
Sonra çıxış edənlər Cəmşid Naxçıvanski haqqında
fikirlərini tədbir iştirakçılarının diqqətinə
çatdırıblar.
Tədbirin sonunda hərb tariximizə aid videoçarx nümayiş
etdirilib. |