İstedadlı muğam ifaçılarının üzə çıxarılması və onların
IV Beynəlxalq Muğam Festivalında iştirakının təmin
edilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1.
IV Respublika muğam müsabiqəsi 2015-ci ilin fevral
ayında Bakı şəhərində keçirilsin.
2.
Müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin (əlavə 1),
münsiflər heyətinin tərkibləri (əlavə 2) və müsabiqənin
xərclər smetası (əlavə 3) təsdiq olunsun.
3.
Qaliblərin seçilməsi Azərbaycan Milli Konservatoriyasına
(S.Kərimi) və Azərbaycan Milli Konservatoriyası nəzdində
Musiqi Kollecinə (N.Kazımov) həvalə edilsin.
4.
İqtisadiyyat şöbəsi (R.Orucov) təsdiq edilmiş xərclər
smetasına uyğun olaraq 2015-ci ilin dövlət büdcəsinin
xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş
vəsaitdən ( bölmə 4, köməkçi bölmə 7, paraqraf 4 "Digər
müəssisə və tədbirlər", 282100 "Sair xərclər") müvafiq
məbləğdə vəsaitin Azərbaycan Milli Konservatoriyasına
ayrılmasını təmin etsin.
5.
Azərbaycan Milli Konservatoriyası (S.Kərimi) ayrılmış
vəsaitin təsdiq olunmuş xərclər smetasına uyğun olaraq
təyinatı üzrə məqsədyönlü şəkildə xərclənməsini və bu
barədə hesabatın Nazirliyə təqdim olunmasını təmin etsin.
6.
İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc edilməsini, əsasnamə və
əlavələrlə birlikdə Nazirliyin internet saytında
yerləşdirilməsini təmin etsin.
7.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
4 fevral 2015-ci il |