"Azercell Telekom"un reallaşdırdığı "Bölgə" tələbə
proqramının qalibləri artıq müəyyən olunub.
Şirkətdən AzərTAc-a bildirilib ki, proqramın mərhələli
seçimləri nəticəsində "Azercell"in təqaüdçüsü adını
qazanan beş tələbə ali təhsillərinin sonunadək şirkət
tərəfindən 200 manat məbləğində aylıq təqaüd alacaq.
Bundan əlavə, tələbələr telekommunikasiya sahəsində
biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə
dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və
təcrübə keçmək imkanını əldə edəcəklər. Proqramın
qalibləri sırasında Lənkəran Dövlət Universitetinin,
Mingəçevir Politexnik İnstitutunun və Naxçıvan Dövlət
Universitetinin tələbələri yer alıb.
Tələbə proqramı 2008-ci ildən hər tədris ilində təqdim
olunur. Naxçıvan və Lənkəran Dövlət universitetlərində
və Mingəçevir Politexnik İnstitutunda təhsil alan
tələbələrə "Bölgə" tələbə proqramına qatılmaq imkanı
yaradılıb. |