Azərbaycan
Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor
Ədalət Muradov ali təhsil ocağının İngilis Dilində
Tədris Mərkəzinin (İDTM) müəllimləri ilə görüşüb.
Görüşdə ADİU-da tədrisin keyfiyyətinin artırılması,
mərkəzin inkişaf strategiyası müzakirə olunub.
Müəllimlər tədris proqramlarının formalaşdırılması,
yazılı imtahanların elektronlaşdırılması, əmək bazarının
tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi
və digər məsələlərlə bağlı təkliflərini veriblər. Rektor
İDTM-də tədrisin keyfiyyətini daha da artırmaq üçün
laboratoriyaların quraşdırılması barədə tapşırıq verib.
Məlumat üçün bildiririk ki, ADİU-nun İngilis dilində
Tədris Mərkəzi 2014-cü il oktyabrın 20-də yaradılıb.
Mərkəzdə əsasən xaricdə təhsil almış mütəxəssislər dərs
deyir. |