Yanvarın
15-də "ADA" Universiteti ilə ABŞ-ın Hyuston Universiteti
arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu "ADA" Universitetinin rektoru Hafiz Paşayev
və Hyuston Universitetinin rektoru Renu Xatur
imzalayıblar.
"ADA" Universitetindən AzərTAc-a bildirilib ki,
memoranduma əsasən tərəflər hər iki təhsil ocağının
müəllim, professor və tələbə heyəti üçün yeni imkanların
yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr
vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında
regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə,
enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli
ixtisasartırma və magistratura proqramları, o cümlədən
tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə
razılıq veriblər.
Qeyd edək ki, "ADA" Universiteti artıq ABŞ, Böyük
Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina,
Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra
universitetləri ilə yaxından əməkdaşlıq edir. |