NDU Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale Universitetləri ilə əməkdaşlığa başlayıb
Naxçıvan Dövlət Universitetində keçirilən VII Beynəlxalq Kənd Təsərrüfatı Konqresi çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam və Pamukkale Universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanlıb. 
 
Universitetdən  "Azərbaycan müəllimi"nə bildirlib ki, müqavilələrdə Pamukkale Universiteti ilə 30,  Kahramanmaraş Sütçü İmam Universiteti ilə 24 sahə üzrə akademik heyət və tələbə mobilliyinin həyata keçirilməsi öz əksini tapıb. 
Məlumat üçün bildirək ki, müqavilələr ilkin olaraq üç il müddətinə qüvvədə qalacaq.
 
Müqavilənin əsas məqsədi  Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim mübadiləsi üçün qarşılıqlı əməkdaşlıq məsələləridir.
 
Aygün HÜSEYN,
Naxçıvan bürosu


28.09.2024 | 18:08