SDU Moskva Dövlət Universiteti ilə birgə tədqiqatlar aparacaq
Sumqayıt Dövlət Universiteti ilə Lomonosov adına Moskva Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə SDU-nun rektoru Rüfət Əzizov sosial şəbəkə hesabında paylaşım edib.
 
R.Əzizov məzunu olduğu universitetdə yüksək səviyyədə qarşılandığını yazıb.
 
"MDU rektoru, Rusiya universitetləri rektorlar şurasının sədri, Viktor Antonoviç Sadovniçiy SDU-MDU əlaqələrinin inkişafı üçün böyük dəstəyini ifadə etdi. Xüsusilə, yeni materialların mühəndisliyi sahəsində birgə tədqiqatları müzakirə etdik", - deyə Rüfət Əzizov qeyd edib.


28.09.2024 | 11:02