Səbuhi Rzayev: SAF regionda şagird və tələbələrin qatıla bildiyi bu formatda ən böyük festivallardandır
"SAF regionda şagird və tələbələrin qatıla bildiyi bu formatda, məzmunda keçirilən ən böyük festivallardandır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev deyib.
 
O bildirib ki, Azərbaycanda artıq 4 ildir ki beynəlxalq statuslu belə bir festivalın keçirilməsi əlamətdar hadisədir:
 
"Ölkəmizdə STEAM təhsilinin tətbiqində kifayət qədər uğuru nəticələr əldə edilib. Proses o qədər genişlənib ki, artıq STEAM-ı Mərkəzi Asiya ölkələrinə biz ixrac edirik, biz öyrədirik, biz maarifləndiririk. Bu istiqamətdə birgə əməkdaşlıqla bağlı müraciətlər ölkəmizin daha yaxşı yerdə olduğunun göstəricisidir".
 
Ruhiyyə DAŞSALAHLI


27.09.2024 | 12:35