Sertifikatlaşdırmanın 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri bəlli olub
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
 
Qeyd edək ki, 12-20 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsində iştirak edən 8 255 müəllim uğur qazanıb, 24 təhsilverən isə müsahibə mərhələsinin minimum tələbini ödəmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilib. 


24.09.2024 | 18:15