Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da
Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da olub.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Rektor Elçin Babayev qonaqlara BDU-nun tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
 
Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşu Çində təhsil almaq istəyən azərbaycanlı tələbələrə təhsil təqaüdlərinin ayrılmasında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, Akdemiyada təhsil ingilis və Çin dillərində həyata keçirilir.
 
Tərəflər arasında tədris, elmi tədqiqat və sosial fəaliyyət sahələrində planlaşdırılan əməkdaşlığın detalları müzakirə edilib.


20.09.2024 | 15:52