Milli komandamızın üzvləri Portuqaliyada keçirilən yarışlarda birinci yeri tutublar
12-15 sentyabr tarixlərində Potuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya yaş qrupları yarışlarında Azərbaycan milli komandasının üzvləri iki qızıl medal qazanıblar.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, 13-19 yaş kateqoriyasında iştirak edən Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Başiri ibarət qadın qrupumuz ilk dəfə keçirilən Gənclər arasında Dünya Çempionatında birinci yerə layiq görülüblər.
 
Qeyd edək ki, gimnastlar Elm və Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət  göstərən İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirmələri və Azərbaycan milli komandasının üzvləridir.


16.09.2024 | 16:35