Elm və təhsil naziri: Məktəbəqədər təhsildə əlavə 100 min yer açılacaq
Dünyada təhsillə bağlı əsas məqsədlər təhsilin əlçatan, keyfiyyətli və bərabər imkanlarla verilməsidir. Bu baxımdan məktəbəqədər təhsil xüsusi əhəmiyyət kəsb edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "VII ADA 2024" Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı söyləyib.
 
"Artıq 85 faiz uşaq heç olmasa bir il məktəbəqədər hazırlığa gedir. Növbəti hədəf məktəbəqədər hazırlıq səviyyəsində əlavə 100 min yerin açılmasıdır”, - deyə nazir bildirib.


01.07.2024 | 11:11