"Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin qalibləri sırasında

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

 

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri müsabiqədə xüsusi fərqləniblər.

 

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, X sinif şagirdləri- Nihad Həşimov və Onur Əlləzov fizika və astronomiya üzrə II, X sinif şagirdləri- Bəxtiyar Əmiraslanov, İlyas Muxtarov və IX sinif şagirdi Cabir Abbasov kimya, X sinif şagirdi Fuad Hüseynov isə biologiya istiqaməti üzrə III yerə layiq görülüblər.

 

 

 



19.04.2024 | 18:24