Məktəblilərimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasında 1 bürünc medal, 2 həvəsləndirici mükafat qazanıblar

11-16 aprel 2024-cü il tarixlərində Gürcüstanın Tsxaltubo şəhərində Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO 2024) keçirilib.


“Azərbaycan müəllimi” Təhsil İnstitutuna istinadən xəbər verir ki, məktəblilərimiz bu olimpiadada uğurla çıxış edərək 1 bürünc medal və 2 həvəsləndirici mükafat əldə ediblər. Belə ki, nəticələrə əsasən Türkiyə Dəyanət Vəqfi – Bakı Türk liseyinin 11-ci sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin 9-cu sinif şagirdi Zəhra İbişova və Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin 9-cu sinif şagirdi Rəfiqə Qəmbərova “Həvəsləndirici mükafat” a layiq görülüblər.

 



16.04.2024 | 17:37