Bakı Ali Neft Məktəbinin komandası biznes müsabiqəsində qalib olub

Bakı Ali Neft Məktəbinin (BANM) “Biznesin idarəedilməsi” ixtisasının III kurs tələbələri Əflan Bədəlov, İlahə Hacıyeva, “İnformasiya təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Gültac Seyid və “Neft-qaz mühəndisliyi” ixtisasının V kurs tələbəsi Nicat Səfərəliyevdən ibarət komanda ölkənin ən prestijli biznes müsabiqələrindən olan “Azerbaijan Business Case Competition 2024”də qalib olub.

 

BANM-dan bildirilib ki, komanda II yeri qazanaraq 4000 manat məbləğində pul mükafatına layiq görülüb.

 



09.04.2024 | 10:42