Rusiyalı kosmonavt kosmosda qalma müddətinə görə dünya rekordunu qırıb

Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda 878 gün qalaraq dünya rekordunu təzələyib.

 

Bu barədə “TASS” məlumat yayıb.

 

59 yaşlı O.Kononenko kosmosda 878 gün qalaraq 2015-ci ildə dünya rekorduna imza atmış rusiyalı Gennadi Padalkanı geridə qoyub.

 

Qeyd edək ki, O.Kononenko 2008-ci ildən Beynəlxalq Kosmik Stansiyaya beş səyahət edib.

 

Azərtac

 



05.02.2024 | 15:14