Aşqarlar Kimyası İnstitutunda fəallığı ilə seçilən tələbələr mükafatlandırılıb

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) elmi-istehsalat təcrübəsi başa çatıb.

 

Bu münasibətlə institutda keçirilən tədbirdə AKİ-nin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, hər iki universitetin “Kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavr tələbələr kiçik qruplara bölünərək müasir cihaz və avadanlıqlarla təhciz edilmiş laboratoriyalarda təcrübə keçib, aparılan elmi tədqiqatlarla yaxından tanış olublar.

 

Onlar eyni zaman da zərif üzvi sintez, aşqarlar kimyasının müasir və aktual mövzularına həsr olunan laboratoriya və ümuminstitut seminarlarında iştirak ediblər.

 

Sonda bilik-bacarığı, nümunəvi davranışı ilə fərqlənən təcrübəçi tələbələr təltif olunublar. Tələbəblərə BDU-nun və ADNSU-nun fakültə və kafedra rəsmiləri tərəfindən diplom və hədiyyələr təqdim olunub.

 

 

 



26.05.2023 | 19:24