“El bilir ki, sən mənimsən” adlı konsert proqramı

“Heydər Əliyev İli” çərçivəsində Füzuli rayon, Horadiz Muğam Mərkəzində “El bilir ki, sən mənimsən” adlı konsert proqramı  təşkil olunub.

   

Mədəniyyət Nazirliyinin dəstəyi və  Dövlət Uşaq Filarmoniyasının təşkilatçılığı ilə baş tutan konsert proqramı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.

 

Dövlət Uşaq Filarmoniyasının istedadlı uşaq kollektivlərinin bir-birindən maraqlı, rəngarəng ifaları tamaşaçılarda xoş ovqat yaradıb.

  

Sonra uşaqlar Heydər Əliyev Mərkəzində olublar. Onlar Muğam Mərkəzinin parkında gəzərək, Tarix-Diyarşünaslıq Muzeyində eksponatlarla da tanış olublar.

         

Sifai SƏFƏROVA

                                                 



25.05.2023 | 14:35