“Sən elə bir zirvəsən”

Siyəzən rayonu 3 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

 

Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər, həmçinin Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının, eləcə də Siyəzən rayon Heydər Əliyev Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə dahi şəxsiyyətin həyatından və dövlət rəhbəri kimi fəaliyyətindən  danışılıb, şagirdlərin ifasında Ulu Öndərə həsr olunan şeir və mahnılar səsləndirilib. Həmçinin Ümummilli Liderin sevdiyi şeirlərdən, müdrik kəlamlarından ibarət maraqlı videotəqdimat nümayiş etdirilib.

   

Sonda şagirdlərin hazırladığı sərgiyə baxış keçirilib.

 

Nəzrin SEYİDƏLİYEVA

 



10.05.2023 | 19:59