Korn Ferry kampaniyasının rəsmisi tələbələrlə görüşüb

Konsaltinq və insan resursları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Korn Ferry kampaniyasının Mərkəzi Avrasiya regionu üzrə Baş direktoru Yaroslav Qlazunov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüşüb.

 

UNEC-dən bildirilib ki, Rus İqtisad Məktəbinin tələbələri və dekan müavini ilə görüşən Yaroslav Qlazunov “Karyeranın qlobal trendləri” mövzusunda təqdimatla çıxış edib. Həmçinin qlobal bazarın gənc mütəxəssislərdən tələb etdiyi bilik, bacarıq və kompetensiyalar ətrafında maraqlı müzakirələr apararaq, tələbələrin suallarını cavablandırıb.

 

Tədbirdən sonra Y.Qlazunov UNEC rektoru professor Ədalət Muradovla görüşüb. Y.Qlazunov tələbələrin müzakirələrdə fəallıqlarını, dünyagörüşlərini, biliklərini yüksək qiymətləndirərək, bu görüşlərin davamlı olmasının əhəmiyyətini vurğulayıb.

 

Sonra tərəflər arasında Korn Ferry kampaniyası ilə yanaşı, digər biznes qurumlarının idarəediciləri və aparıcı mütəxəssisləri ilə görüşlərin təşkili barədə ilkin razılıq əldə edilib.

 



29.03.2023 | 14:21