Kimyaçı alim “İstinadda rekord” diplomu ilə təltif olunub

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomuna layiq görülüb.

 

Alimə diplom AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən 27 Mart – Elm Gününə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbirdə təqdim olunub.

 

İnstitutdan bildirilib ki, Ə.Sucayev elmi əsərlərinə ən çox istinadla fərqləndiyinə görə təltif edilib.

 

Məlumat üçün qeyd edək ki, kimyaçı alimin ümumilikdə 130 elmi əsəri çap olunub. Onlardan 1-i monoqrafiya, 2-i Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları konfrans material-tezisdir. Məqalələrin 50-i “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək resenziyalı xarici jurnallarda çap edilib. “ResearchGate”  və "Google Scholar Citations" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olub və onlara 1386 istinad edilib. H-indexi 21-dir.

 

 



28.03.2023 | 13:01