MDU-nun tələbəsi təhsilini İspaniyada davam etdirir

Mingəçevir Dövlət Universitetinin (MDU) təhsil fakültəsinin tələbəsi Nahid Məmmədli 2022/2023-cü tədris ilinin yaz semestri üzrə təhsilini Avropa İttifaqının “Erasmus+” mübadilə proqramı çərçivəsində İspaniyanın Valladolid Universitetində davam etdirir.

 

Cari ilin fevral ayının əvvəlindən İspaniyaya yola düşən N.Məmmədli beş aylıq proqram müddətində beş fənn üzrə dərslərə qatılıb. Bundan əlavə, MDU tələbəsi Valladolid Universitetində xarici tələbələrin üstünlük təşkil etdiyi fəlsəfə və ədəbiyyat fakültəsində İspaniyanın tarixi, memarlığı və musiqisi ilə bağlı dərslərdə də fəal iştirak edir.

 

MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinə təəssüratlarını bildirən N.Məmmədli təhsilini Avropada davam etdirməsindən məmnunluğunu ifadə edərək mübadilə proqramının bilik və bacarıqlarının artırılması, şəxsi inkişafı baxımından əhəmiyyətini vurğulayıb və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edib.

 



17.03.2023 | 13:19