Mingəçevir Dövlət Universitetində 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin 5 yanvar tarixində başlayan imtahan sessiyası davam edir.

 

MDU-dan bildirilib ki, 16-22 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 298 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,6% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 35 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 100% olub.

 

Universitetdə payız semestrinin qış imtahan sessiyası cari ilin 1 fevral tarixinədək davam edəcək.

 



23.01.2023 | 17:59