“Biz bir ailəyik - Biz qalibik”

3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Biz bir ailəyik - Biz qalibik” adlı “Nə? Harada? Nə zaman?” intellektual yarışda Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri qalib olublar.

 

ADU-dan bildirilib ki, intellektual yarışda universitetin tələbələri Nəzrin Nəzərli, Peyman Ağazadə, Gülhəsən Kərimov və Fikrət Ağayev 14 komanda arasında birinci yerə layiq görülüblər.

 

“Biz bir ailəyik” Əlliliyi Olan Şəxslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən  yarışın sonunda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 

Nəzrin SEYİDƏLİYEVA

 



30.11.2022 | 12:51