Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclər üçün yeni imkan

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin “Tusi(2C)” İnkubasiya proqramına qeydiyyat başlayıb. Bakı Mühəndislik Universitetindən (BMU) bildirilib ki, təşəbbüskar, özünə güvənən, gələcəyini bu sahədə görən tələbələr və məzunlar proqramda iştirak edə bilərlər.

 

Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqram çərçivəsində bir sıra təlimlər təşkil olunacaq, eyni zamanda xarici və yerli ekspertlərlə görüşlər keçiriləcək. Bundan başqa, layihələrin işlənilməsi, sahələr üzrə səfərlər, müxtəlif “camp”lər, “Pitch Day” və son olaraq 3 qalib layihənin maliyyələşdirilməsinə dəstək proqramın əsas istiqamətləri sırasına daxildir.

 

Qeyd edək ki, adıçəkilən dövlət agentliyi ilə BMU arasında “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində əməkdaşlıq davam etdirilir. Layihənin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin təşviqi, innovativ ideyalarını inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsidir.

 

Məlumat üçün bildirək ki, qeydiyyat bu link vasitəsilə aparılır: https://forms.gle/roGi2cshSRgcDEfz8

 

Qeydiyyat 1 dekabr 2022-ci il tarixində başa çatacaq. 

 

 



24.11.2022 | 15:32