Məktəblilər Heydər Əliyev Mərkəzində

225 və 176 nömrəli tam orta məktəblərin şagirdləri Yasamaldakı  Heydər Əliyev  Mərkəzini ziyarət ediblər.  Onlar Mərkəzin “Muzey” və "Kitabxana-informasiya" bölməsi ilə tanış olublar.

 

Sonra Mərkəzin bələdçiləri şagirdlərə ulu öndər Heydər Əliyevin şərəfli  və mənalı ömür yolundan, danılmaz xidmətlərini özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında söz  açıblar.
   

 

Sonda şagirdlər  44 günlük Vətən  müharibəsində  zabit  və əsgərlərimizin göstərdikləri qəhrəmanlıq və sücaəti əks etdirən  “Görünməyən qəhrəmanlar” adlı sənədli filmə baxıblar.
   

 

Sifai SƏFƏROVA

 

 



14.10.2022 | 17:36