“Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiada

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiada keçirilir.

 

AzTU-nun İdman sarayında təşkil olunan yarışlar şahmat, stolüstü tennis, futbol və voleybol idman növlərini əhatə edir.

 

Spartakiadaya noyabrın 8-də yekun vurulacaq.

 

 

 



13.10.2022 | 15:24