“Uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzi”nin təbliğinə həsr olunmuş şahmat turniri

“Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər idman məktəbində “Uşaq və gənclər arasında sağlam ətraf mühit  və saglam həyat tərzi”nin təbliginə həsr edilmiş tədbir və şahmat  turniri keçirilib.

 

Tədbirdə 97 nəfər məktəbin kollektivi və idmançılar, turnirdə isə 80 nəfər şahmatçı iştirak ediblər.

 

Tədbirin sonunda I, II, III yerləri tutan şahmatçılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Rəşad ZİYADOV

 



12.10.2022 | 17:01