Tələbə adını qazanan 6 məzunun Şuşaya səfəri təşkil edilib

Bu il Şuşa şəhəri üzrə yüksək bal toplayaraq tələbə adını qazanan 6 məzunun qədim mədəniyyət ocağına səyahəti təşkil olunub.  Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi  tərəfindən  reallaşan bu  təşəbbüs gənclərin ürəyincə olub. Onlar mədəniyyət paytaxtımızda  Şuşa qalasını, Cıdır düzünü, Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini  və başqa  tarixi məkanları  ziyarət ediblər.

   

Məzunlar qarşısında çıxış edən Dövlət Qoruğu İdarəsinin rəhbəri Məftun Abbasov qədim Şuşanın tarixi şəxsiyyətləri, dünyaca məşhur olan  incəsənət xadimləri barədə ətraflı məlumat verib. Sonra isə Dövlət Qoruğu İdarəsi adından onlara tələbə adını qazanmaları münasibətilə müxtəlif hədiyyələr və mükafatlar təqdim olunub.

      

Görüşdə iştirak edən Şuşa  Şəhər Polis Şöbəsinin rəisi Səməd Məhərrəmov da  gənclərə gələcək təhsillərində uğurlar diləyib və onların vətən üçün layiqli vətəndaşlar olacağına  əminliyini ifadə edib.  Tələbələr səfər çərçivəsində Şuşada aparılan quruculuq və bərpa işləri ilə də yaxından tanış olublar.

 

Sifai SƏFƏROVA

 



19.09.2022 | 14:05