BDU-nun məzunu Erkin Hüseynov qəhrəmancasına şəhid olub

Ötən gün Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Erkin Әdalәt oğlu Hüseynov da var.

 

Universitetdən bildirilib ki, Erkin Hüseynov BDU-nun sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.

 

Allah Erkinə və Vətən yolunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin!

 

 



14.09.2022 | 14:22