Ali məktəblərə dövlət sifarişli yerlərin sayı 746 yer artıb

2022-2023–cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 746 yer artıb. Bunun 643-ü I ixtisas qrupuna aiddir.

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə əlaqədar keçirdiyi mətbuat konfransında bunu I ixtisas qrupuna sənəd verənlərin ötən illə müqayisədə kəskin artması ilə izahlayıb.  

 



16.08.2022 | 12:13