Bu gün ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Bu gün I, II, III, IV, V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki,  ixtisas seçimi internet vasitəsilə aparılacaq və avqustun 28-dək davam edəcək.

 

Qeyd edək ki, DİM müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bütün ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

Həmçinin “Abituriyent” jurnalının xüsusi buraxılışlarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatları dərc edib. 



16.08.2022 | 10:00