Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

Respublika Fənn Olimpiadalarının qalibləri Bakı Ali Neft Məktəbində (BANM) dövlət hesabına təhsil alırlar. Son iki ildə BANM-ə 35 tələbə müsabiqədənkənar qəbul olunub. 2020-ci ildə 14 nəfər, 2021-ci ildə 21 nəfər BANM-in tələbəsi adını qazanıb. Onlar müxtəlif illərdə Respublika Fənn Olimpiadalarında 1, 2 və 3-cü yerlərə layiq görülüblər. Müsabiqədənkənar qəbul olan tələbələr informatika, riyaziyyat, kimya, fizika fənləri üzrə olimpiada qalibidirlər.

 

2020-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 14 tələbədən 8-i İnformasiya təhlükəsizliyi, 2-si Kimya mühəndisliyi, 4-ü Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

 

2021-ci ildə BANM-ə müsabiqədənkənar qəbul olunan 21 tələbədən 11-i İnformasiya təhlükəsizliyi, 5-i Kompüter mühəndisliyi, 3-ü Kimya mühəndisliyi, 2-si Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi adını qazanıb.

 

Bu barədə  BANM-dən bildirilib.

 



08.08.2022 | 15:03