Özbəkistanda magistratura təhsili üçün az vaxt qaldı!

Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün elan edilən təqaüd proqramına sənəd qəbulu davam edir. Təqaüd proqramına müraciət üçün son tarix 10 iyul 2022-ci il nəzərdə tutulub.

 

Təqaüd proqramı magistratura təhsil səviyyəsi üzrə müxtəlif ixtisas istiqamətlərini əhatə edir.

 

Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

 

 



06.07.2022 | 12:19