Yunan professor UNEC-də məruzə ilə çıxış edib

Yunanıstanın Qərbi Makedoniya Universitetinin professoru Evangelos Siskos Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC rektoru, professor Ədalət Muradovla görüşən professor E.Siskos UNEC ilə Qərbi Makedoniya Universitetinin reallaşdırdığı birgə magistr proqramı, eləcə də gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.

 

Səfər çərçivəsində yunan professor UNEC-in Rus İqtisad Məktəbinin professor-müəllim heyəti ilə də görüşüb. Həmçinin “Yunanıstan iqtisadiyyatının inkişafında Avropa İttifaqının rolu: təcrübə və dərslər” mövzusunda müəllim və tələbələr qarşısında çıxış edib. Alim dünya enerji bazarlarında baş verən yeni tendensiyaların Yunanıstanın enerji sektoruna təsirindən, Yunanıstanın Avropa İttifaqının enerji siyasətinin həyata keçirilməsindəki yeri və rolundan danışıb. Məruzə professor-müəllim heyəti və mühazirədə iştirak edən tələbələr tərəfindən maraqla qarşılanıb. 

 

 



05.07.2022 | 11:18