Rektor Batman Enerji Zirvəsi-2022-də çıxış edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyədə Batman Enerji Zirvəsi – 2022 beynəlxalq konfransında iştitrak edir. Konfransda enerji məsələləri, enerji sektorunun qarşısında duran vəzifələr ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

 

ADNSU-nun xüsusi tərəfdaş qismində iştirak etdiyi konfransın açılış mərasimində Batman Universitetinin rektoru, prof. İdris Demir, ADNSU-nun rektoru, prof. Mustafa Babanlı, Türkiyə Xarici İşlər Nazirliyinin Diyarbakır təmsilçisi İbrahim Mete Yağlı çıxış ediblər.

 

Professor M.Babanlı universitet haqqında məlumat verib və 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda geniş bərpa və quruculuq işlərinin başlandığını diqqətə çatdırıb, bu faktorun Azərbaycanda ali məktəblərin qarşısında yeni vəzifələr qoyduğunu bildirib.

 

Rektor tədbir çərçivəsində, həmçinin Batman valisi Ekrem Canalpla da görüşüb, geniş fikir mübadiləsi aparıblar.

 

Ənənəvi və onlayn formatda keçirilən konfransda ADNSU-nun professor-müəllimlərinin də elmi məruzələrlə çıxışları nəzərdə tutulub.

 

 



02.07.2022 | 12:35