BDU-nun Qazax filialında “Məzun günü”

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Məzun günü” keçirilib.

 

Filialın direktoru Arif Rüstəmov tədbirdə çıxış edərək, əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, filialın əldə etdiyi nailiyyətlərdən danışıb. Filialı bakalavriat səviyyəsi üzrə 410, magistratura səviyyəsi üzrə isə 11 tələbənin bitirdiyini qeyd edən A. Rüstəmov məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.  

 

Filialın direktor müavini Məmməd Yusifov, dekan Hamlet İlyasov, professor Hüseyn Xəlilov, baş müəllim Mustafa Mustafayev çıxışlarında məzunlara uğurlar arzulayıblar.

 

Filialın Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova məzunlar adından danışaraq onlara bəslənən ümidləri öz əməli işləri ilə doğruldacaqlarını söyləyib.

 

Sonra filialın ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna mükafatlar təqdim olunub.

 

Sonda məzunlar maraqlı konsert proqramı ilə çıxış ediblər.



29.06.2022 | 11:25