“Şuşa İli”nə həsr olunmuş turnirdə 377 idmançı mübarizə aparıb

"Təhsil" Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq - Gənclər İdman Məktəbinin idmançıları  “Şuşa İli”nə həsr olunmuş turnirdə iştirak ediblər.  Turnirdə idman məktəbinin şahmat, basketbol, futbol, boks və stolüstü tennis bölmələri üzrə 377 idmançısı mübarizə aparıb.

 

Turnirin sonunda yer tutan idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Rəşad ZİYADOV



28.06.2022 | 17:11