Özbəkistan Elmlər Akademiyasının prezidenti ilə elmi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, institutun Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Daşkənd şəhərində keçirilən 7-ci Beynəlxalq EMI - Sahibkarlıq və Sosial Elmlər Konqresi çərçivəsində Özbəkistan Elmlər Akademiyasının prezidenti, akademik Bexzod Yuldaşev və baş elmi katib Qayrat Baxadirov ilə görüşüb.

 

Tərəflər birgə elmi əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Zakir Eminov Coğrafiya İnstitutu alimlərinin hazırladığı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin Türk dünyası və qurumlarının fiziki-coğrafi xüsusiyyətlərinə həsr olunmuş I və Türk dünyasının 6 müstəqil dövlətinin, 11 milli qurumunun iqtisadi-coğrafi və sosial vəziyyətindən bəhs edən II cildinin rus variantını Akademiyanın prezidentinə təqdim edib.

 

 

 



28.06.2022 | 15:26