Naxçıvan Dövlət Universitetində 26 İyun- Silahlı Qüvvələr Günü qeyd olunub

Naxçıvan Dövlət Universitetində(NDU) 26 İyun- Silahlı Qüvvələr Gününə həsr olunan tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayıb. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirən rektor 44 günlük Vətən müharibəsindən söz açıb. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vurğulanıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır:”Bu ordu işğal altında olan ərazilərimizi düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü onların gücü, əzmkarlığı, şücaəti sayəsində bərpa olunub”.

        

Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev fakütədə yaradılan şəraitdən, görülən işlərdən danışıb. Qeyd edilib ki, öz yenilikləri ilə hər zaman öndə olan fakültədə sıra təlimi üçün açıq meydançada təlim meydançası, bütün standartlara cavab verən “Atıcılıq otağı”, “Hərbi topoqrafiya” fənninin hərbi hissədə tədrisi görülən işlərin əyani sübutudur.           “Azərbaycan Silahlı Qüvvələri: keçmişdən günümüzə” mövzusunda çıxış edən Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Pərviz Allahverdiyev qeyd edib ki, bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. 

        

Sonra NDU-nun və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin hazırladığı musiqi nömrələri dinlənilib, pedaqoji fakültənin tələbələrinin hazırladığı hərbi idman oyunları nümayiş olunub.

        

Sonda Fiziki tərbiyə və Çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının müəllim və tələbələrinin Hərbi paradına baxış olub.

                                                                                                                                          

 



27.06.2022 | 10:17