Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb

İyunun 20-də təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Darxan Kıdırəli ilə görüşüb.

 

Təhsil naziri son 8 il ərzində türk dünyası ölkələri arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ortaq dərsliklərin hazırlanması, türk dünyası dahi şəxsiyyətlərinin, şair və mütəfəkkirlərin həyat və yaradıcılığının, irsinin araşdırılması və dünyada təbliğ olunmasına verdiyi töhfəyə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə öz minnətdarlığını bildirib. 

 

Görüşdə, həmçinin, 24 iyun 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclası çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə olunub. 

 

 



20.06.2022 | 18:02