Uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları Azərbaycan çempionatında yüksək nailiyyət əldə edib

15 yaşadək yeniyetmə idmançılar arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib. 


Şağan Olimpiya İdman Kompleksində təşkil olunan çempionat Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. Həmin yarışlara qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri və uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları sərbəst güləş üzrə 5 qızıl, 4 gümüş, 8 bürünc, Yunan-Roma güləşi üzrə 6 qızıl, 5 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 36 medal qazanıb.

 

 



14.06.2022 | 15:37