Təhsil nazirinin müavini Finlandiyanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 13-də təhsil nazirinin müavini Muxtar Məmmədov Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen ilə görüşüb.

 

Görüş zamanı ölkələr arasında təhsil sahəsində olan əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

 

 



13.06.2022 | 15:09