Tələbə və magistrantların 44-cü elmi konfransı başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə və magistrantların 44-cü elmi konfransı öz işinə başlayıb.

 

Açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, prorektorlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
         

Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri Reyhan Əkbərova ənənəvi qaydada hər il keçirilən konfransa bu dəfə də gənclərin maraq göstərdiyini, təqdim olunan məqalələrin səviyyəsinin ilbəil yüksəldiyini yaxşı hal kimi qiymətləndirib. 
         

Rektor G.Məmmədova hər il mayda ulu öndər Heydər Əliyevin  doğum günü münasibəti ilə tələbə və magistrantların respublika elmi konfransının keçirildiyini, gənclərin elmi yaradıcılığına daim diqqət göstərildiyini qeyd edib. Bildirib ki, tələbə və magistrlər məqalələrini, elmi-tədqiqat işlərinin nəticələrini konfranslarda tanınmış mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarmaqla yaxşı təcrübə toplayır. Konfrans iştirakçılarına uğurlar arzulayan G.Məmmədova tələbə və magistrantlara daim öz üzərlərində çalışmağı, bilik və bacarıqlarını artırmağı, rəqəmsal bilikləri, dünyanın aparıcı xarici dillərini mükəmməl öyrənməyi tövsiyə edib. 

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. 
         

Konfrans öz işini bölmə iclaslarında davam etdirib, iclaslarda tələbə və magistrlərin 659 məzurəsi 19 bölmədə dinlənilib və müzakirə olunub.

 



12.05.2022 | 18:04