İctimai Şuraya təkrar seçkilər keçiriləcək

26 noyabr saat 11:00-da Nizami küçəsi 183 ünvanında yerləşən Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçiriləcək. 


Bildirək ki, Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən edilib. 23 noyabr tarixində keçirilmiş seçkilər zamanı səsvermə nəticəsində seçicilərin yarısından çoxunun səslərini  toplayan 5 nəfər üzv seçilib. 


Təkrar seçkilərin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 



24.11.2021 | 15:30