Görkəmli alimin xatirəsinə

Görkəmli alim, uzun illər fizika fənni üzrə beynəlxalq olimpiadalarda iştirak edən milli komandanın rəhbəri mərhum müəllim Naqif Nəbiyevin əziz xatirəsinin yad edilməsi, eyni zamanda şagirdlərdə fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək olan şagirdlərin həvəsləndirilməsi məqsədi ilə VIII-IX sinif şagirdləri arasında fizika olimpiadası təşkil edilib.

 

50 şagird olimpiadanın final mərhələsində iştirak hüququ qazanıb. Nəticələrə əsasən, iştirakçılar arasından 3 şagird olimpiadanın I dərəcəli diplomu və qızıl medal, 6 şagird II dərəcəli diplom və gümüş medal, 9 şagird isə III dərəcəli diplom və bürünc medala layiq görüləcəklər. Həmçinin, qalib şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dəvət ediləcəklər.

 

Böyük MÜƏLLİM, sadə İNSAN - https://bit.ly/3iWZH8w

 

 

 



15.10.2021 | 11:32