Teledərslər yenidən sizinlə!

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verilir. 

 

Sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq. Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq. 

 

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür!

 

 



21.09.2021 | 17:48