İqlim dəyişmələri Yerin oxunun vəziyyətini dəyişib

ABŞ və Almaniya alimləri müəyyən ediblər ki, buzlaqların əriməsi və planetin kütləsinin paylanmasında baş vermiş dəyişikliklər Yerin oxunun vəziyyətini də dəyişib.

 

Yeni araşdırma nəticəsində məlum olub ki, 1990-cı illərdən bəri Yerin qütblərinin hərəkətində baş vermiş dəyişiklik qlobal istiləşmə və onunla bağlı buzlaqların əriməsinin nəticəsidir.

 

“Haytek” saytı xəbər verir ki, Yerin şimal və cənub qütblərinin yerləşdiyi nöqtə statik və dəyişməz kəmiyyət deyil. Yer kürəsinin oxu və planetin kütləsinin tarazlığı planetdə baş verən proseslərdən asılıdır. Məsələn, yerin səthində suyun necə paylaşması belə dəyişikliklərə gətirən səbəblərdən biridir.

 

Çin Elmlər Akademiyasının əməkdaşı Şanşan Den deyib: “1990-cı illərdə qütb dreyfinin istiqamətinin dəyişməsinin ehtimal edilən səbəbi qlobal istiləşmə və buzların sürətlə əriməsi olub”.

 

Sürix Universitetinin iqlim üzrə mütəxəssisi Vinsent Hamfrinin fikrincə, planetin kütləsinin paylanması dəyişəndə fırlanma oxunun təpə nöqtəsi meyil edir. Yerin kütləsi bir sahədən digərinə tərəf meyil edir.

 

Azərtac



28.04.2021 | 10:16