Elm və Təhsil Nazirliyində özəl və digər qurumlara tabe ümumi təhsil müəssisələrinin icraçı direktorları, direktor müavinləri və əməkdaşları ilə görüş keçirilib. 

 

Görüşdə uşaqların ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, nazirlik tərəfindən təşkil edilən müsabiqə, yarış, olimpiadalar, eləcə də qiymətləndirmə layihələrində özəl və digər qurumlara tabe müəssisələrin iştirakının təşviq edilməsi, həmin müəssisələrə verilmiş lisenziyanın tələblərinə uyğun təhsilin təşkili barədə söhbət aparılıb. Bununla yanaşı, özəl təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı nazirliyin mövqeyi də müzakirə edilib. 

 

Görüşdə gündəlikdə olan digər məsələlər barəsində də danışılıb.  

 

Daha sonra müəssisələrin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb və təkliflər dinlənilib.